Avstraliyada dəhşətli hadisə: Köpəkbalığı balıqçını parçaladı

Bu gün, 16:18           
Avstraliyada dəhşətli hadisə: Köpəkbalığı balıqçını parçaladı
Avstraliyada yerləşən Böyük Sədd rifində köpəkbalığı 39 yaşlı balıqçını öldürüb. Kişini sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə "The Guardian" qəzeti Kvinslend polisinə istinadən yazır.

Bu, ilin əvvəlindən bəri Avstraliyada köpəkbalığı hücumu nəticəsində qeydə alınan üçüncü ölümcül hadisədir.

Faciə yastıburun və pələng köpəkbalıqlarının yaşadığı sularda baş verib. Həmin ərazidə ağ köpəkbalıqlarına da rast gəlinir. Balıqçıya məhz hansı növ köpəkbalığının hücum etdiyi hələlik müəyyən edilməyib.

Səlahiyyətli orqanlar hadisənin başvermə şəraitini araşdırırlar. Fövqəladə hadisənin baş verdiyi ərazi balıq ovu və su istirahəti üçün populyar məkanlardan biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru