Bakıda DƏHŞƏT YAŞANDI - Binanın fasadı uçdu, avtomobillər altında qaldı - VİDEO

Bu gün, 12:24           
Bakıda DƏHŞƏT YAŞANDI - Binanın fasadı uçdu, avtomobillər altında qaldı - VİDEO
Paytaxtda əsən güclü külək Bakının infrastrukturuna ciddi ziyan vurmaqda və fəsadlar törətməkdə davam edir. Küləyin fəsad törətdiyi növbəti ünvan Nərimanov rayonu olub.

NOCOMMENT.az xəbər verir ki, Nərimanov rayonunun Qarabağ küçəsi 55 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının fasad hissəsi güclü küləyin təsirinə dözməyərək qopub və uçub.

Hadisə nəticəsində binanın üzlükləri böyük sürətlə yerə — piyada səki və avtomobil yoluna tökülüb. Hadisə zamanı ərazidə xəsarət alanların olub-olmaması və yaxınlıqdakı əmlaka ziyan dəyməsi barədə hələlik rəsmi məlumat verilməyib.

Aidiyyəti dövlət qurumlarının əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri görülür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru