İyunun 16-da Ukraynaya məxsus hərbi təyyarə Xmelnitski vilayətində qəzaya uğrayıb. Bakupost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayır. Nəşrin mənbələri hələlik hansı növ təyyarənin aviasiya qəzasına uğradığını dəqiqləşdirmirlər. Lakin yerli "Telegram" kanalları bunun "MiQ-29" qırıcı təyyarəsi ola biləcəyini yazırlar. "Telegram" kanallarının məlumatına görə, hadisə Xmelnitski vilayətinin Şepetovka şəhəri yaxınlığında baş verib. Yerli sakinlər əvvəlcə təyyarə səsi, ardınca isə güclü partlayış eşidiblər.