Yaydan əvvəl gələn faciə-Azərbaycanlılar niyə dənizdə boğulur?-üzgüçüdən AÇIQLAMA+ÖZƏL

Bu gün, 09:24           
Yaydan əvvəl gələn faciə-Azərbaycanlılar niyə dənizdə boğulur?-üzgüçüdən AÇIQLAMA+ÖZƏL
Yay mövsümündə insanlar istirahət məkanı kimi daha çox çimərliklərdən istifadə edir. Təəssüf ki, bəzən istirahət xoşagəlməz vəziyyətlə, hətta ölümlərlə bitir. Çimərlik mövsümü açılar-açılmaz aldığımız ilk xəbərlər dənizdə boğulma hadisələri olur. Bəs, buna səbəb nədir? Dənizdə boğulma halları niyə baş verir?

Üzgüçü Rasim Namazov Moderator.az-ın suallarını cavablandırarkən bildirib ki, boğulma hallarının əsas səbəbi insanların təhlükə anında özünü itirməsidir:

“Suda boğulmaların birinci səbəbi panika və qorxudur. Su istər-istəməz insanı irəliyə aparır və ayağı yerə dəyməyən zaman insan panikaya düşür. Bu zaman o başlayır xaotik hərəkətlər etməyə və enerjisi tükəndiyi üçün boğulur. Spirtli içkili dənizə girmək, içkili olan zaman elə hiss edir ki, üzəcək, amma dərinliyə gedir, gücü tükənir və boğulur. İnsanlara düzgün üzmə qaydaları keçilməyib, adi suda qalmanı bilməyən çox rahat boğulub öləcək” deyə o bildirib.

Rasim Namazov deyir ki, üzməyi dənizdə yox, hovuzda öyrənmək lazımdır:

“İş əsas dərinlikdən getmir, insan əgər dənizə girirsə mütləq üzməyi və suda qala bilməyi öyrənməlidir. Üzməyi öyrənmək üçün ilk ünvan dəniz yox, hovuzlar olmalıdır. Psixoloji olaraq insan orada özünü daha rahat hiss edir. Üzməyi isə mütləq peşəkar bir təlimçinin vasitəsilə öyrənmək lazımdır. Üzməyin 80 faizi düzgün nəfəs almaqdır. Bunu da hovuzlarda öyrədirlər. İnsan bədəni təbii olaraq suyun üzündə qala bilir. Qorxunun əsas səbəbi insanın batacağını düşünüb qorxmasıdır. Əzələləri sıxdıqca insan suya daha çox batır. Bədəni tam boş buraxmağı öyrənmək lazımdır. Həm də xüsusi jiletlər var və onlardan istifadə etmələri mütləqdir. İndi dənizə girənlərin heç biri bu jiletlərdən istifadə etmir. Bu jiletlər əlbəttə ki, üzə bilməyənlər üçündür. Jilet olmasa belə ən azından qolçaqlar olmalıdır” deyə o bildirib.
Rasim Namazov deyir ki, o çimərlik olmayan və insan ayağı dəyməyən yerlərdə üzür. O üzdüyü yerləri heç kimə məsləhət görmür:
“Mən bəlli çimərlik olmayan yerlərdə üzürəm. İnsanlardan uzaqda çimirəm. Xəzər dənizi sahillərində güclü insanı apara bilən axınlara rast gəlməmişəm. Mən getdiyim yerləri heç kəsə məsləhət görmürəm. Çünki oralar qayalıqlarla doludur və çox dərindir. Onlara insanlar üçün ayrılan və nəzarətdə olan çimərlikləri ancaq məsləhət görə bilərəm. İnsanlar üçün münasib olan yerlərin suyunun və sahilinin çirkli olduğu səbəbindən ümumiyyətlə oralara getmirəm və hal-hazırda oralardan xəbərsizəm” deyə Rasim Namazov bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru