Kerri:"Hazırda siyasi tələblər mövzusunda AB ilə aramızda fikir ayrılığı var."

30-04-2015, 10:37           
Kerri:"Hazırda siyasi tələblər mövzusunda AB ilə aramızda fikir ayrılığı var."
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Rusiyaya qarşı sanksiyalar mövzusunda Avropa Birliyi (AB) ilə aralarında fikir ayrılığı olduğunu etiraf edib. Axar.az xəbər verir ki, AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşən Kerri yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaların qüvvəyə minəcəyini deyib: “AB Minsk müqaviləsinin tam həyata keçirilməsi üçün Rusiyaya təzyiq edilməsində mühüm rol oynayır. Önümüzdəki aylarda sanksiyaların davam etdirilməsi məqsədilə çox əhəmiyyətli addımlar atılacaq. Sazişə riayət etmək Rusiya üçün çox vacibdir. Hazırda siyasi tələblər mövzusunda AB ilə aramızda fikir ayrılığı var. Lakin Minsk müqaviləsinin həyata keçirilməsi üçün AB ilə yaxından əməkdaşlıq edəcəyik”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru