“Bu gündən dövlət və hökumət başçıları Azərbaycana gəlir” - Əli Həsənov

11-06-2015, 20:59           
“Bu gündən dövlət və hökumət başçıları Azərbaycana gəlir” - Əli Həsənov
“Bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə. Həsənov Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru