“Hədəfə alacağıq” – İranlı generaldan Trampın Hörmüz bəyanatına cavab
4-08-2026, 09:08
İran İslam İnqilabının Ali Liderinin müşaviri general Möhsün Rəzayi ABŞ və Hörmüz boğazı ilə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb. Rəzayi bildirib ki, memorandumun pozulmasından sonra baş verən 17 günlük döyüşlər zamanı İran ABŞ-a ciddi zərbələr endirib.
Onun sözlərinə görə, Vaşinqton əvvəlcə Hörmüz boğazı ilə bağlı İranın memorandumda irəli sürdüyü şərtləri qəbul etsə də, sonradan bu öhdəlikləri pozub.
General vurğulayıb ki, İran heç bir halda Hörmüz boğazında ölkənin razılığı olmadan alternativ marşrutun açılmasına imkan verməyəcək.
O, həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın hərbi gəmiləri İranın qanunsuz hesab etdiyi zonaya daxil olacağı təqdirdə, onlar hədəfə alınacaq. Rəzayi bunun İranın təhlükəsizlik siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.