Mərkəzi Bank qərar verdi: zərəri özü ödəyəcək

24-04-2015, 12:47           
Mərkəzi Bank qərar verdi: zərəri özü ödəyəcək
Azərbaycan Mərkəzi Bankı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərəri özü ödəyəcək.

"Trend"-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Republikası Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən 13.2-ci maddəyə əsasən, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

Qanunun 14.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]