Makron Fransanın müdafiə xərclərini kəskin artırdı: 36 milyard avro əlavə vəsait

Dünən, 12:08           
Makron Fransanın müdafiə xərclərini kəskin artırdı: 36 milyard avro əlavə vəsait
Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə və müdafiə ehtiyaclarına ayrılan xərclərin artırılmasını nəzərdə tutan qanunu imzalayıb.

Makron bu barədə Fransanın cənubunun nasist işğalından azad edilməsinin 82-ci ildönümü münasibətilə Borm-le-Mimoza kommunasında keçirilən mərasimdə danışıb.

"Dünən parlamentin bir neçə həftə əvvəl qəbul etdiyi və Konstitusiya Şurasının bir neçə gün əvvəl təsdiqlədiyi hərbi planlaşdırma haqqında qanunu imzaladım. Sabah bu qanun rəsmi qəzetdə dərc olunacaq", - deyə Fransa prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, qanuna əsasən, 2027-2030-cu illərdə müdafiə ehtiyaclarına ayrılan xərclər 36 milyard avro artırılacaq.

Bu vəsait Silahlı Qüvvələrin müxtəlif istiqamətlərinin, o cümlədən informasiya təhlükəsizliyi və pilotsuz uçuş aparatlarının inkişafına yönəldiləcək.

Beləliklə, 2024-2030-cu illər üzrə proqram çərçivəsində Fransanın müdafiə sahəsinə ümumi xərcləri 400 milyard avrodan 436 milyard avroya yüksələcək.

Bu artım Parisə NATO qarşısında götürdüyü müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2.5 faizinə çatdırmaq öhdəliyini yerinə yetirməyə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru