"Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində nə baş verir? - VİDEO
18-08-2026, 12:18
Gürcüstanla Azərbaycan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində Gürcüstandan Azərbaycana keçməyi gözləyən yük avtomobillərinin uzun növbəsi yaranıb.
Sürücülərin sözlərinə görə, onlar günlərdir yoldadırlar və sərhədi keçmək üçün hələ ən azı 4-5 gün gözləməli olacaqlar.
Bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yaranmış vəziyyət TIR sürücüləri üçün ciddi çətinliklər yaradıb. Sürücülər mövcud vəziyyətlə bağlı jurnalistlərə açıqlama veriblər.
Sürücülərdən biri bildirib:
"Burada böyük növbədə qalmışıq. Avtomobillərimizə Türkiyədən toyuq əti yüklənib. Sənədlərimiz var, yanacağımız da bitmək üzrədir. İrəli hərəkət etmək istədikdə polis bizi geri qaytardı, sənədlərimizə də baxılmadı".