Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı

17-08-2026, 00:12           
Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı
Ukraynanın Rusiyaya qarşı “Flaminqo” raketlərindən istifadəsinin son aylarda əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Referans Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi iyundan etibarən ən azı 57 “Flaminqo” raketinin ələ keçirildiyini açıqlayıb. Fevral-may aylarında isə 31 belə raketin vurulduğu bildirilmişdi.

Yalnız son iki həftə ərzində Rusiya tərəfi 25 raketin məhv edildiyini açıqlayıb.

Yay aylarında “Flaminqo” raketlərinin Çeboksarı, Volqoqrad, Kirov və Samara şəhərlərindəki müəssisələrə ən azı dörd uğurlu zərbəsi təsdiqlənib. Ukrayna isə raketlərin real buraxılış sayını açıqlamır.

Hərbi analitiklər zərbələrin intensivliyinin artmasını bu raketlərin istehsalının genişləndirilməsi ilə əlaqələndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru