İndoneziya sahillərində güclü zəlzələ oldu 17-08-2026, 11:38 İndoneziya sahillərində 5.7 bal gücündə zəlzələ olub.Bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilib ki, zəlzələnin episentri təxminən 188 000 nəfərin yaşadığı Labuan Bajo şəhərindən 175 km şərqdə, ocağı isə 36 km dərinlikdə yerləşib.Ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib. Facebook-da paylaş