PSJ UEFA Superkubokunun qalibi oldu - VİDEO 13-08-2026, 08:45 PSJ UEFA Superkubokunun qalibi olub.Oxu.Az xəbər verir ki, Paris təmsilçisi həlledici qarşılaşmada İngiltərənin "Aston Villa" komandasına qalib gəlib - 2:1.Qalib komandanın heyətində Xviça Kvaratsxeliya (20-ci dəqiqə) və Dezire Due (61-ci dəqiqə) fərqləniblər."Aston Villa"nın yeganə qolunu isə 45-ci dəqiqədə Brayan Maco vurub.Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının, "Aston Villa" isə UEFA Avropa Liqasının qalibi kimi Superkubokun final matçında oynamaq hüququ qazanıb. Facebook-da paylaş