Hidrogen mühərrikli avtomobillər üçün yeni sürət rekordu müəyyən edilib - FOTO - VİDEO

13-08-2026, 09:46           
Hidrogen mühərrikli avtomobillər üçün yeni sürət rekordu müəyyən edilib - FOTO - VİDEO
Hidrogen mühərrikli avtomobillər üçün yeni sürət rekordu müəyyən edilib.

Oxu.Az F1news.ru saytına istinadən xəbər verir ki, bu məqsədlə xüsusi olaraq hazırlanmış "JCB Hydromax" avtomobili ABŞ-nin Yuta ştatındakı tam hamar Bonnevill yaylasında 653.909 km/saat sürətlə şütüyüb.

Bu rekord hələlik ilkin xarakter daşıyır, çünki Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Quruda Sürət Rekordları Komissiyası tərəfindən təsdiqlənməlidir.

"JCB Hydromax"ın sükanı arxasında rekord yürüşlərində artıq uğurlu təcrübəsi olan britaniyalı təyyarəçi və avtoyarışçı, Kral Hərbi Hava Qüvvələrinin zabiti Endi Qrin əyləşib. FIA reqlamentinə əsasən, o, bir mil məsafədə hər istiqamətdə bir dəfə olmaqla iki cəhd göstərib, bundan sonra hər iki yürüşün nəticələrinə görə orta sürət müəyyən edilib.

Bugünkü nailiyyət federasiya tərəfindən tanınmış və 2004-cü ildə "BMW H2R" eksperimental avtomobilində müəyyən edilmiş əvvəlki rekordu (298,4 km/saat) iki dəfədən də çox üstələyir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru