Kişi qonşu qadını öldürdü

27-04-2015, 17:47           
Kişi qonşu qadını öldürdü
Ötən gün Lənkəranda qətl törədilib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Şamama Fərəcovanın evində qonşusu Vurğun Əlizadə münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Ağır yaralanan Şamama Fərəcova hadisə yerində ölüb.

V.Əlizadə könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru