Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib 11-06-2026, 10:56 Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib. Facebook-da paylaş