ADNSU-nun rektoru yeni maşın sevdasına düşüb

Bu gün, 00:08           
ADNSU-nun rektoru yeni maşın sevdasına düşüb
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yeni tenderinin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, təhsil ocağı istifadə üçün minik avtomobilləri alacaq.

Bununla bağlı keçirilmiş tenderin qalibi “AUTO AZƏRBAYCAN” MMC şirkəti olub. Universitet 3 ədəd avtomobilin alınmasına görə, 200 min 100 manat ödəniş edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovdur. O, Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru