Dünyada ilk dəfə tirannozavr DNT-si olan dəridən hazırlanmış çanta satışa çıxarılıb - FOTO

Dünən, 15:43           
Dünyada ilk dəfə tirannozavr DNT-si olan dəridən hazırlanmış çanta satışa çıxarılıb - FOTO
Parisdəki "Hotel Drouot" meydançasında dünyada ilk dəfə tirannozavr DNT-si əsasında hazırlanan dəri çanta hərraca çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə hərrac evinin saytına istinadən məlumat yayıb.

Alimlər bu yırtıcının dərisini qalıqlar əsasında bərpa edilmiş DNT vasitəsilə laboratoriyada yetişdirərək əldə ediblər. Öz növbəsində, avanqard "Enfin Leve" brendi bu aksessuarı hazırlayıb. Tünd firuzəyi rəngdə olan çanta 26x18 sm ölçüsündədir.

Məhsulun satışını Fransanın "Giquello" hərrac evi təşkil edir. Ekspertlərin qiymətləndirməsinə görə, çantanın qiyməti 300 000 ilə 500 000 avro (təxminən 589 000 - 981 600 manat) arasında dəyişir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru