Moskvaya hücumdan sonra ŞOK görüntülər yayıldı - İlk dəfə +FOTOLAR

Bu gün, 00:13           
Moskvaya hücumdan sonra ŞOK görüntülər yayıldı - İlk dəfə +FOTOLAR
İyunun 18-də Moskvaya edilən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra Kapotnadakı Moskva Neft Emalı Zavodunda (NEZ) ən azı bir rezervuarın zədələndiyi peyk görüntüləri ilə təsdiqlənib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, "Planet Labs"ın iyunun 20-də çəkdiyi peyk şəkillərində zavodun ərazisindəki rezervuarlardan birinin qaraldığı müşahidə olunur ki, bu da yanğın hadisəsinin baş verdiyini göstərir.

Qeyd olunur ki, zədələnmiş rezervuarın yaxınlığında qoparaq kənara düşdüyü ehtimal edilən qapaq görüntülənib. Daha əvvəl sosial şəbəkələrdə yayılan və diski xatırladan qapağın havaya uçaraq rezervuarın daxilindəki yanacağın alışdığını əks etdirən video kadrlar "BBC Verify" xidməti tərəfindən üç fərqli bucaqdan təhlil edilərək təsdiqlənib.

Xatırladaq ki, iyunun 18-də baş verən bu hücum son iki il ərzində Moskva regionuna edilən ən irimiqyaslı PUA hücumu kimi qeydə alınıb. Buna baxmayaraq, rəsmi Moskva və Kremlin nümayəndələri hücumun nəticələri və zavoda dəymiş ziyanın miqyası barədə hələlik heç bir rəsmi məlumat verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru