Qalapaqos adalarında dəhşətli hadisə

Dünən, 12:37           
Qalapaqos adalarında dəhşətli hadisə
Avstriyalı turist əri ilə birlikdə Qalapaqos adalarında snorklinqlə (maska ilə üzmə) məşğul olarkən köpəkbalığının hücumuna məruz qalıb və ayağını itirib.

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Avstriyanın Linz şəhərinin sakini Elizabet əri, yeddi turist və bələdçi ilə birlikdə Santa-Fe adasının körfəzinə üzməyə gedib. Dayaz suda qadın kameranı quraşdırarkən qəfil sağ ayağında kəskin ağrı hiss edib. Məlum olub ki, ona köpəkbalığı hücum edib.

Səyyah qadın heyvandan qoruna bilsə də, köpəkbalığı onun baldırını parçalayıb və sol topuğundan dişləyib. Turist qrupunda olan iki kanadalı həkim xəstəxanaya çatdırılana qədər zərərçəkənə ilkin tibbi yardım göstəriblər.

"Köpəkbalığının hücumundan sonra ayağımı görəndə anladım ki, onu xilas etmək mümkün olmayacaq", - deyə Elizabet bildirib.

Qadın qayıqla Santa-Krus xəstəxanasına çatdırılıb. Həkimlər onun sağ baldırını amputasiya etməyə məcbur olublar. Sol ayağındakı yaralar isə ciddi olmayıb və tez sağalıb. 30 yaşını xəstəxana çarpayısında qeyd edən Elizabet vurğulayıb: "Sağ qaldığıma görə minnətdaram. Müasir protezlər əsl möcüzədir, həyatımı davam etdirə biləcəyəm".

Hazırda avstriyalı qadın xüsusi dayaq vasitələrinin köməyi ilə yeriməyi yenidən öyrənir. Qeyd edək ki, Qalapaqos adalarında müxtəlif növ köpəkbalıqları yaşayır, lakin qadına hücum edən fərdin hansı növə aid olduğunu müəyyən etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru