Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi

Bu gün, 12:34           
Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi
Tribuna.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında artan tələbat fonunda benzin və dizel satışına limit qoyulub.

Respublikanın Energetika Nazirliyinin məlumatına görə, hər bir vətəndaşa gündəlik maksimum 20 litr benzin və 50 litr dizel yanacağı satılacaq. Qərarın məqsədi yanacaq ehtiyatlarının bərabər bölüşdürülməsi və mümkün çatışmazlığın qarşısının alınmasıdır.

Qeyd olunur ki, son günlər Rusiyanın bir sıra regionlarında da yanacaq qıtlığı müşahidə edilir və oxşar məhdudiyyətlər tətbiq olunub.

Rəsmilər vəziyyətin nəzarətdə saxlandığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru