ABB ilə "m10" arasında pul köçürmələri dayandırılıb
Bu gün, 17:44
24 iyun 2026-cı il saat 00:00-dan etibarən m10 tətbiqindən ABB kartlarına pul göndərmək və ABB kartları ilə m10 elektron pul kisəsini doldurmaq mümkün deyil.
ABB-nin digər köçürmə və ödəniş xidmətləri əvvəlki kimi fəaliyyət göstərməyə davam edəcək.
Bildirilib ki, həmin əməliyyatların bərpası ilə bağlı yenilik olarsa, istifadəçilərə əlavə məlumat veriləcək.