Hörmüz boğazında gəmiyə hücum edildi

Bu gün, 09:38           
Hörmüz boğazında gəmiyə hücum edildi
Yük gəmisi Hürmüz boğazında, Oman sahilləri yaxınlığında atəşə tutulub.

Referans Media xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hücum Omanın Musəndəm yarımadasında yerləşən Daxit yaşayış məntəqəsinin sahillərindən 7,5 dəniz mili (təxminən 14 km) cənub-şərqdə baş verib.

Mərkəzin məlumatına əsasən, naməlum mərmi gəminin sağ bortuna dəyib və nəticədə körpü (gəmi idarəetmə mərkəzi) zədələnib. Gəmi kapitanı UKMTO-ya xəsarət alanların olmadığını bildirib./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru