Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5.5 maqnitudalı yeraltı təkanlar nəticəsində azı 13 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İbin şəhər administrasiyasının mətbuat xidməti yayıb.
Zəlzələnin episentri İbin şəhər dairəsinə daxil olan Qao qəzasının Şaxe qəsəbəsi yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.
Hadisə ilə əlaqədar 200-ə yaxın sakin evakuasiya edilərək təhlükəsiz ərazilərə köçürülüb.