"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

Bu gün, 15:18           
"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı
"Google" hesablama gücü çatışmazlığı səbəbindən Meta şirkətinin Gemini süni intellekt modellərindən istifadəsinə məhdudiyyət tətbiq edib.

Şirkət mövcud server və hesablama resurslarını ilk növbədə öz məhsul və xidmətlərinə yönəltmək qərarı verib.

Məlumata görə, qərarın əsas səbəbi süni intellekt modellərinin işlədilməsi üçün tələb olunan yüksək məhsuldarlıqlı çiplərin və hesablama gücünün qlobal miqyasda çatışmazlığıdır.

Bildirilib ki, "Meta" indiyədək "Google"un bulud infrastrukturu və Gemini modellərindən istifadə edərək süni intellekt funksiyalarını dəstəkləyirdi. Yeni məhdudiyyətlərin isə şirkətin bəzi əməliyyat proseslərini ləngidə biləcəyi qeyd olunur.

Ekspertlər hesab edirlər ki, bu addım süni intellekt sektorunda rəqabətin təkcə proqram təminatı deyil, həm də hesablama gücü və məlumat mərkəzləri üzərində qurulduğunu bir daha göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru