"Google" İsveçdə rekord məbləğdə cərimə ödəyəcək

Bu gün, 12:44           
"Google" İsveçdə rekord məbləğdə cərimə ödəyəcək
İsveçdə Patentlər və Bazarlar Məhkəməsi "Google" şirkətinin üzərinə "PriceRunner" qiymət müqayisə xidmətinə antiinhisar qanunvericiliyini pozduğuna görə 14.3 milyard İsveç kronu (təxminən 1.47 milyard dollar) məbləğində təzminat ödəməsi öhdəliyini qoyub.

TEREF "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə İsveç məhkəmələrinin saytında məlumat verilib.

Nəşrdə bildirilir ki, iddia "PriceRunner" tərəfindən 2022-ci ilin fevral ayında qaldırılıb. Şirkət "Google"un axtarış nəticələrində öz qiymət müqayisə xidmətinə üstünlük verdiyini və bununla da rəqabət qanununu pozduğunu iddia edərək, 77 milyard kron tələb edirdi. Məhkəmə iddiaçının iddiasını qismən təmin edib.

"Kompensasiyanın məbləği İsveç antiinhisar qanunvericiliyinin pozulması işləri ilə bağlı indiyə qədər təyin edilən ən böyük məbləğdir", - deyə məhkəmənin nümayəndəsi Linda Kullberq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru