ABŞ-də möcüzə: 500 metr yüksəklikdən yıxılan qadın sağ qaldı - FOTO

Bu gün, 16:37           
ABŞ-də möcüzə: 500 metr yüksəklikdən yıxılan qadın sağ qaldı - FOTO
ABŞ-nin Kaliforniya ştatındakı Şasta dağında baş verən bədbəxt hadisə xilasediciləri heyrətləndirib.

Bu barədə "New York Post" nəşri məlumat yayıb.

31 yaşlı qadın iki təcrübəsiz alpinistlə birlikdə zirvəyə qalxarkən təxminən 4 000 metr yüksəklikdə olduğu zaman 500 metr aşağı yıxılıb.

Dəhşətli yıxılmaya baxmayaraq, xilasedicilər hadisə yerinə çatdıqda qadının ayıq olduğunu görüblər. Onun sağ topuğunda sınıq və müxtəlif dərəcəli bədən xəsarətləri qeydı alınıb.

Aidiyyəti qurumlar Şasta dağında hava şəraitinin və mühitin qəfil dəyişə biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər alpinistlərə dağa dırmanarkən mütləq şəkildə peşəkar ləvazimatlardan istifadə etməyi və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru