İnsan saçları okeanı xilas edəcək - Qeyri-adi üsul

11-08-2026, 15:18           
İnsan saçları okeanı xilas edəcək -
Braziliyada okeanın mühafizəsi məqsədilə insan saçından hazırlanan filtrlərdən istifadə olunmağa başlanılıb.

"Euronews" xəbər verir ki, ekoloqlar ianə edilmiş saçlardan sahilləri neft sızıntılarından qorumaq üçün üzən baryerlər hazırlayırlar.

Texnologiyanın ilkin sınaqları uzun müddətdir müxtəlif çirkləndiricilərin təsirinə məruz qalan Rio-de-Janeyrodakı Quanabara körfəzində aparılıb.

Qeyd edək ki, ABŞ və Çilidə bu üsul artıq bir müddətdir tətbiq olunur. Kimya mütəxəssisi Karolin Karvalyonun sözlərinə görə, sözügedən baryerlər dəniz suyunda dörd aya qədər davam gətirə və gəmilərdən, eləcə də qanunsuz tullantılardan sızan zərərli maddələri udaraq toplaya bilir.

Məlumata görə, onlarla gözəllik salonu və bərbərxana okean sularının qorunmasına yönəlmiş layihəyə dəstək məqsədilə kəsilmiş saçları təhvil verib.

Bundan əlavə, filtrasiya prosesində heyvan yunlarından da istifadə etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru