Bu rayonlarda əməliyyat keçirildi - Saxlanılanlar var

13-08-2026, 00:11           
Bu rayonlarda əməliyyat keçirildi - Saxlanılanlar var
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru