Altı ay ərzində 9 mindən çox boşanma halı qeydə alınıb

Dünən, 00:10           
Altı ay ərzində 9 mindən çox boşanma halı qeydə alınıb
Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 19 min 224 nikaha daxilolma və 9 min 776 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsi bildirir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2-dən 1,9-a enib.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan, Qazax-Tovuz (4,0) və Lənkəran-Astara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 85 nəfər gələn, ölkədən isə 1159 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 926 nəfər təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru