İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub

16-08-2026, 11:08           
İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub

İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub.

"Report" Tasnim" agentliyinə istinadən xəbər verir ki, Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu.

Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha sonra isə öz avtomobilini yandırıb. Sonradan həbs edilən Ş. Sadiqi barəsində ölüm hökmü çıxarılıb və hökm bu gün icra edilib.

İyulun 28-də də iğtişaşlarda iştirakda ittiham olunan iki nəfər də edam edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru