Siciliyada muzey SOYĞUNU: Məşhur rəssamın dörd qiymətli əsəri oğurlandı

17-08-2026, 12:38           
Siciliyada muzey SOYĞUNU: Məşhur rəssamın dörd qiymətli əsəri oğurlandı
İtaliyanın Siciliya adasındakı Messina şəhərində yerləşən Regional Muzeydən erkən İntibah dövrünün məşhur rəssamı Antonello da Messinanın dörd qiymətli əsəri oğurlanıb.

Bu barədə TASS agentliyi xəbər verir.

Muzey rəhbərliyinin məlumatına görə, naməlum şəxslər avqustun 15-də axşam saatlarında binaya daxil olaraq təhlükəsizlik sistemini və siqnalizasiyanı deaktiv ediblər.

Oğrular "San-Qreqorio" poliptixinin beş panelindən üçünü, həmçinin Məryəm və İsa Məsihin təsvir olunduğu ikitərəfli taxta əsəri aparıblar.

İkitərəfli panel xüsusi qorunan vitrində yerləşdirilmişdi. Cinayətkarlar vitrini sındıraraq əsəri götürüblər. Hadisə yerində çalışan mütəxəssislərin sözlərinə görə, oğruların poliptixin bütün hissələrini çıxarmağa vaxtı çatmayıb.

"San-Qreqorio" poliptixi yerli monastır üçün hazırlanıb. Əsər 1908-ci ildə baş vermiş zəlzələ də daxil olmaqla, müxtəlif dövrlərdə ciddi zərər görüb və dəfələrlə bərpa olunub.

Bir tərəfində Məryəm və körpə İsanın, digər tərəfində isə Məsihin təsvir olunduğu taxta panel Londondakı "Christie's" hərrac evindən alınıb.

Antonello da Messina (təxminən 1429-1479) Siciliyanın ən böyük erkən İntibah rəssamlarından biri hesab olunur. Rəssamın bu günədək təxminən 40 əsəri qorunub saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru