Şeyxdən kövrək etiraflar: “Aclıq çəkmişəm, hamballıq etmişəm…” – VİDEO

12-05-2026, 11:24           
Şeyxdən kövrək etiraflar: “Aclıq çəkmişəm, hamballıq etmişəm…” – VİDEO
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin illər əvvəl etdiyi çıxış yenidən sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, təxminən 30 il əvvəl lentə alınan görüntülərdə Şeyxülislam həyatının çətin dövrlərindən danışır.

O, çıxışında yoxsulluq, ağır zəhmət və fiziki işlər gördüyünü bildirərək bunları imanla əlaqələndirib:

“Aclığı bilirəm, imkansızlığı bilirəm, pulsuzluğu bilirəm. Palçıq yoğurmaq bilirəm, kərpic kəsmək bilirəm, daş daşımaq bilirəm, hamballıq etmişəm. Bunların hamısını görmüşəm. Amma hamısını bir dinə qurban vermişəm. Demişəm ki, Allah-Təala mənə bunu nəsib edib”, – deyə o bildirib.

Allahşükür Paşazadə həmin çıxışında insanın həyatda qarşılaşdığı çətinliklərə inancla dözə bildiyini də vurğulayıb:

“Əgər adamda iman varsa, gələcəyinə inanırsa, o əziyyətlər ona ağır gəlməz. İnanırdım ki, Allah-Təala mənə xoşbəxt gələcək nəsib edəcək”, – deyə Şeyxülislam əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru