"Qadınlar səhvi, düzü bilirdilər" - Təranə Cəbiyeva unudulan Bakı adətlərindən danışdı - VİDEO

Bu gün, 12:24           
"Qadınlar səhvi, düzü bilirdilər" -
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı tarixçi və publisist Təranə Cəbiyeva olub.

Təranə Cəbiyeva uşaqlıq xatirələrindən, anasının həyatındakı rolundan və Bakı kəndlərində qorunub saxlanılan qədim adətlərdən danışıb.


O bildirib ki, atasını erkən yaşda itirdikdən sonra anası ona həm ata, həm də ana olub.

Publisist Bülbülə və digər Bakı kəndlərindəki Novruz ənənələrindən, qızbəyənmə mərasimlərindən, hamam mədəniyyətindən və ailə dəyərlərindən bəhs edib.

Onun sözlərinə görə, əvvəlki dövrün qadınları ailədə səhvi və düzü yaxşı bilir, məsuliyyətlərini dərk edərək ailənin qorunmasına xidmət edirdilər.

Təranə Cəbiyeva müasir dövrdə uşaqların tərbiyəsində valideyn məsuliyyətinin vacibliyini də vurğulayıb.

O qeyd edib ki, milli dəyərlərin və keçmişdən gələn ənənələrin unudulması gələcək nəsillər üçün ciddi problem yarada bilər:

"Keçmişdə yaşanan hadisələri unutmaq bizi getdikcə daha unutqan edə bilər. Bunu da cəmiyyət bizə bağışlamayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru