İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yeni mərhələyə daxil oldu

5-08-2026, 11:34           
İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yeni mərhələyə daxil oldu
ABŞ-nin maneçilik cəhdlərinə baxmayaraq, İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yeni mərhələyə daxil olub.

TEREF-in xəbərinə görə, bu barədə İranın yüksək vəzifəli rəsmisi dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi İranın diplomatik təmaslara sadiqliyini və öz hüquqlarını qorumaq əzmini göstərir.

İranlı rəsmi qeyd edib ki, Tehran anlaşma memorandumu çərçivəsində Omanın və region ölkələrinin koordinasiyası ilə üzərinə düşən öhdəlikləri fəal şəkildə yerinə yetirib.

O əlavə edib ki, ABŞ müdaxilədən əl çəkərsə, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı anlaşmaya nail olmaq mümkündür.

İranın yüksək vəzifəli rəsmisi qeyd edib ki, danışıqlar Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək yeni dəhlizin yaradılmasına yönəlib./Oxu/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru