İran Hörmüzlə bağlı bu məsələni Avropa ilə həll etmək istəyir

5-08-2026, 11:44           
İran Hörmüzlə bağlı bu məsələni Avropa ilə həll etmək istəyir
İran Avropa dövlətlərinin Hörmüz boğazının təmizlənməsində iştirakına icazə vermək imkanını nəzərdən keçirir.

Bu haqda Bloomberg yazıb.

Agentliyin qeyd etdiyi kimi, belə bir addım gəmiçiliyin normallaşdırılması üzrə razılaşmanın bir hissəsi ola bilər və İran ilə ABŞ arasında sülh danışıqlarının irəliləməsinə töhfə verə bilər.

Tehran dəfələrlə açıq şəkildə bəyan edib ki, digər ölkələrin boğazın minalardan təmizlənməsində iştirakına icazə verməyəcək.

Lakin diplomatların sözlərinə görə, son həftələrdə keçirilən qapalı görüşlərdə İran tərəfi mövqeyini yumşaldıb.

Mütəxəssislər hesab edirlər ki, Avropa ölkələrinin iştirakı gəmiçilik və sığorta şirkətlərinə təhlükəsizlik zəmanəti verə, həmçinin münaqişənin tənzimlənməsi üzrə diplomatik səyləri dəstəkləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru