Kərbəlada 22 milyondan çox zəvvarın yürüşü zamanı Trampı hədəf alan intiqam şüarları səsləndirildi...-FOTO
5-08-2026, 11:22

ABŞ Silahlı Qüvvələrinin 28 fevral 2026-cı il tarixində İranın cənubunda yerləşən "Şəcəreyi-Teyyibə" (Minab) qızlar məktəbinə endirdiyi raket zərbələri beynəlxalq müstəvidə və media məkanında geniş əks-səda doğurmaqda davam edir.
Moderator.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Müstəqil araşdırma mərkəzləri və beynəlxalq media qurumlarının məlumatına görə, hücum nəticəsində əksəriyyəti azyaşlı məktəbli qızlar olmaqla 120 uşaq və 26 müəllim qətlə yetirilib, ümumi can itkisi isə 150 nəfəri ötüb (burada:).
ABŞ rəhbərliyi ilkin olaraq məsuliyyətdən yayınmağa çalışsa da, aparılan hərbi və müstəqil təhqiqatlar faciəyə Amerika "Tomahawk" qanadlı raketlərinin səbəb olduğunu təsdiqləyib(burada:).
Buna baxmayaraq, Prezident Donald Trampın rəsmi üzrxahlıq etməkdən imtina etməsi və hadisəni "müharibənin acı reallığı" kimi qiymətləndirməsi həm ABŞ daxilində, həm də dünyada böyük qəzəblə qarşılanıb.
Məşhur amerikalı jurnalist və analitik Taker Karlson da mövzu ilə bağlı kəskin tənqidlərlə çıxış edib. Karlson məktəbin qısa fasilə ilə iki dəfə vurulmasını amansızlıq adlandırıb və ABŞ hökumətinin törətdiyi bu hərbi cinayətə görə heç bir məsuliyyət daşımamasını kəskin şəkildə qınayıb.
Jurnalist rəsmi Vaşinqtonun bu addımı ilə öz mənəviyyatını itirdiyini vurğulayıb.
Digər tərəfdən, İraqda keçirilən builki kütləvi Ərbəin- İmam Hüseyn əleyhissəlam və səhabələrinin “40” mərasimləri bu hadisələr fonunda görünməmiş siyasi və hərbi xarakter alıb(burada:).
Bölgədəki hadisələri yaxından izləyən Avropa KİV-in (“The Telegraph”, “Associated Press”) reportajlarına əsasən, Kərbəlaya toplaşan 22 milyondan çox zəvvar birbaşa Donald Trampı hədəf alan və onun öldürülməsini tələb edən intiqam şüarları səsləndirib.
Əllərində anti-Amerika plakatları daşıyan milyonlarla insan Minab məktəbində qətlə yetirilən uşaqların qisasının alınmasını və Trampın cəzalandırılmasını tələb edib. Hadisə yerindən reportaj hazırlayan avropalı müxbirlər yerli müqavimət qruplarının Ərbəin mərasimlərindən sonra ABŞ-a qarşı genişmiqyaslı qisas dalğasına başlayacaqları barədə xəbərdarlıqlarını diqqətə çatdırıblar (burada:).
S.Laçın

