ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər

6-08-2026, 15:18           
ABŞ vizası üçün yeni tələb:
ABŞ Prezidenti Donald Trampın administrasiyası bəzi miqrantların ABŞ immiqrasiya vizası alması üçün yüz minlərlə dollar məbləğində girov ödəməsini nəzərdə tutan pilot proqramı işə salır.

"The Washington Free Beacon" nəşri bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Girovun məbləğini ABŞ konsulluqları fərdi qaydada müəyyən edəcəklər. Dövlət Departamenti bildirib ki, bu həftə nəzərdən keçirilən bəzi fərdi müraciətlər üzrə girov məbləği 100 min dollardan 250 min dollaradək qiymətləndirilir.

Dövlət Departamentindən vurğulanıb ki, işə salınan bu layihə büdcənin sosial yardım proqramlarını "böyük tibbi xərclər və ya digər ehtiyaclarla gələn əcnəbilərin maliyyə yükündən" qoruyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru