Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək - Bloomberg

15-08-2026, 00:10           
Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək -
Tramp administrasiyasının İrana qarşı "ikiqat zərbə" planlarının tərkibi hissəi olan iqtisadi təcridlə yanaşı, dəniz blokadası münaqişədə hər hansı əhəmiyyətli şəkildə dəyişikliklərə səbəb olması ehtimalı azdır və bu lazımi effekti vermir.
Ölkə.az xəbər verir ki, belə bir siyasətin uğuruna şübhə ilə yanaşan bir qrup ekspert tərəfindən hazırlanan və “Bloomberg Economics”də dərc olunan hesabtda əksini tapıb.
Ekspertlər hesab edir ki, əgər 47 illik sanksiyalar Tehranın iradəsini qıra bilməyibsə, bu planlarində nəticə verəcəyinə şübhə var.

Son zamanlar Tramp və Ağ Evin digər sözçüləri Tehranı iqtisadi tədbirlərlə əzməyə yönəlmiş ritorikalarını gücləndiriblər. ABŞ Prezidenti Tramp “Axios”a açıqlamasında “Biz sadəcə İranı-onun böyük inflyasiyasını və pullarının olmamasını izləyirik" ifadəsini işlədib.

“The Atlantic” qəzetinin xəbər verdiyi kimi, ideya həm diplomatik, həm də hərbi addımlardan imtina edərək iqtisadi boğulmaya nail olmaqdır ki, bu da Tehranı Hörmüz boğazının açılması və kompromisə gəlmək üçün “ciddi danışıqlara” məcbur etməlidir. Son həftələrdə ABŞ prezidentinin köməkçiləri ona statistikadan istifadə edərək İrana qarşı mövcud sanksiyaların əhəmiyyətli təsirini nümayiş etdirdikləri bir vaxtda Tramp, ardınca Bessent, İran iqtisadiyyatının acınacaqlı vəziyyəti və yüz faizlik inflyasiya barədə açıqlamalar verməyə başlayıblar.

Bununla belə “Bloomberg” yazıb ki, yeni yanaşma Trampdan səbr, təmkin tələb edir. Amma bu da ABŞ-da payızda nəzərdə tutulan ara seçkiləri ərəfəsində Trampın populyarlığının aşağı olduğu bir zamanda Respublikaçılara yaxşı nəticə vəd etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru