İranlılara ABŞ və İsrail mediasına müsahibə vermək qadağan edildi - Parlament qanunu

17-08-2026, 00:10           
İranlılara ABŞ və İsrail mediasına müsahibə vermək qadağan edildi -
İran parlamenti ölkə vətəndaşlarının ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Reuters-in məlumatına görə, parlamentin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, belə müsahibələrə görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.

Sənəd hələ yekun qüvvəyə minməyib. Qanun layihəsi əlavə müzakirələrdən keçməli, daha sonra isə Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru