Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT

14-08-2026, 08:52           
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Paytaxtın aparıcı tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzində yol göstərici lövhədə orfoqrafik səhvə yol verilib.

Gununsesi.info xəbər verir ki, mərkəzin 3-cü mərtəbəsində yerləşən lövhədə “LOR POLİKİLİNİKA” yazılıb. Halbuki sözün Azərbaycan dilində düzgün yazılışı “poliklinika”dır.

Belə bir səhvin tibb müəssisəsində diqqətdən kənarda qalması sual doğurur. Lövhənin hazırlanması, təsdiqlənməsi və quraşdırılması zamanı üzərindəki yazının yoxlanılmadığı görünür.

Son illər səhiyyə müəssisələrində Azərbaycan dilindən düzgün istifadə ilə bağlı tələblər dəfələrlə vurğulanıb. Buna baxmayaraq, paytaxtda yerləşən tibb müəssisələrindən birində belə səhvə yol verilməsi diqqət çəkir.

Düzgün hazırlanmış yol göstərici lövhələr və digər məlumatlandırıcı vasitələr vətəndaşların rahat istiqamət tapmasına, eləcə də müəssisənin görünüşünün daha səliqəli olmasına xidmət edir.

Məsələnin araşdırılaraq lövhədəki yazının “LOR POLİKLİNİKA” formasında düzəldiləcəyi gözlənilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru