Kliçkonun keçmiş sevgilisi, tanınmış ABŞ-li aktrisa 36 yaşında öldü

17-08-2026, 12:28           
Kliçkonun keçmiş sevgilisi, tanınmış ABŞ-li aktrisa 36 yaşında öldü
ABŞ-li tanınmış aktrisa Hayden Panettyeri 36 yaşında ölüb.

Bu barədə məlumatı "ABC News" telekanalı yayıb.

Sənətçinin ölümünün səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Aktrisa karyerası ərzində onlarla film və serialda rol alıb. O, həmçinin animasiya ekran işlərinin və videooyunların səsləndirilməsində iştirak edib.

ABŞ-li sənətçi uzun müddət ağır çəkidə boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko ilə münasibətdə olub. Keçmiş cütlüyün hazırda 11 yaşı olan Kaya adlı bir qız övladı var.

Depressiya və digər psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi üçün aktrisa 2018-ci ildə uşağın tam qəyyumluğunu Kliçkoya verib. Hazırda Kaya atası ilə birlikdə Avropada yaşayır.

Sənətçi dəfələrlə həyatında qarşılaşdığı çətinliklər barədə açıq şəkildə danışıb. O, 2026-cı ildə nəşr etdirdiyi "This Is Me: A Reckoning" adlı memuarında şöhrət, asılılıq və səhhətindəki problemlərlə necə mübarizə apardığını qələmə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru