Qazaxıstan qazaxları təhqir edən Fasoollka ləqəbli strimeri ölkədən qodu
14-08-2026, 09:34
Fasoollka ləqəbi ilə tanınan rusiyalı strimer Kseniya Quzayeva onlayn yayımları zamanı mübahisəli açıqlamalar verdiyinə görə Qazaxıstandan qovulub. Astana Polis Departamentinin məlumatına görə, ona beş il müddətinə ölkəyə giriş qadağan edilib. TEREF Azad Millətlər Liqası səhifəsinə istinadən yazır ki, qadağa bloqçunun Twitch-də verdiyi açıqlamalardan irəli gəlirdi. Xüsusilə, Quzayeva Pavlodarın ərazi bütövlüyünü şübhə altına alıb və ölkə sakinləri haqqında təhqiramiz ifadələr işlədib. Onun hərəkətləri sonradan hüquqi cəhətdən qiymətləndirilib: məhkəmə Rusiya vətəndaşını inzibati xətalara görə məsuliyyətə cəlb edib. Polis bloqçunun artıq Qazaxıstanı tərk etdiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin zabitlərin onu təyyarəsinə qədər müşayiət etdiyini göstərən video yayımlayıblar. Departament vurğulayıb ki, Qazaxıstandakı xarici vətəndaşlar yerli qanunlara riayət etməyə və qəbul etdikləri ölkəyə hörmətlə yanaşmağa borcludurlar. Quzayevanın işində nəticələr inzibati cəza, deportasiya və növbəti beş il ərzində respublikaya qayıtmaq qadağanı olub.