Türkiyəli alim Ərdoğan Aydın nə deyib?

17-08-2026, 07:54           
Türkiyəli alim Ərdoğan Aydın nə deyib?
Türkiyəli alim Ərdoğan Aydının dedikləri:
✅ Osmanlı sultanları ancaq farsca yazır, məktublarında, şeirlərində türkmənləri aşağılayırdılar.
✅Bunun əksinə olaraq Şah İsmayıl şeirlərində türkmən olması ilə, türkcə danışması ilə fəxr edir, Sultan Səlimə məktublarını türkcə yazırdı.
✅ Osmanlı dövləti kafir hesab edilən xrsitianlardan çox türk dövlətləri ilə müharibə aparıb. Osmanlı imperiyası qurulanda Anadoluda Qaraman bəyliyi, Candaroğulları, Ağqoyunlular, Qaraqoyunlular, Germiyanoğulları, Saruhanoğulları kimi bir çox türk dövləti vardı. Osmanlı dövləti həmin türk dövlətlərini tamamilə tarixdən sildi.
✅ Orxan Qazi və Osman bəydən sonra Osmanlı tamamilə türk kimliyindən imtina edib, zorla islamlaşdırılmış müxtəlif xalqların dövlətinə çevrildi.
✅Osmanlı sənədlərində osmanlıların özlərini türk adlandırdığı bircə fakt belə yoxdur. Türklərin saraya, dövlət idarəçiliyinə qəbul edilməsi şansı çox az idi, osmanlı dövrünün səlnaməçiləri, saray tarixçiləri türkmənlərdən danışarkən onları ağılsız türk, idraksız türk, çirkin türk kimi xarakterizə edirdi.
✅ Osmanlılar xristianlardan çox ələviləri qətl etmişdir, Osmanlı din adamları tərəfindən ələvilər haqda sıx-sıx “yeddidən yetmişə qətlləri vacibdir” kimi fətvalar çıxarılmışdı, amma xristianlara qarşı belə fətvalar verilmirdi.
✅ Osmanlılar getdikləri hər yeri qılınc gücü ilə işğal etmiş və xalqları zülmlə hakimiyyət altında saxlamışdılar.
✅ Yavuz Sultan Səlimin dönəmində Osmanlının qərbə yürüşləri olmayıb. Osmanlı bütün gücünü müsəlman dövlətlərinə qarşı yönəltmişdi.
✅ Səfəvilərlə Vatikan arasında ittifaq qurulması qətiyyən türk birliyinə qarşı deyildi, özünümüdafiə ittifaqı idi, çünki Osmanlı tarixin heç bir dövründə bütün türklərin, müsəlmanların təmsilçisi, maraqlarının müdafiəçisi olmayıb.
✅ Səfəvilərə hücumu başladan osmanlılar idi, səfəvilər isə hər yolla bu müharibədən yayınmağa çalışırdı.
✅ O dövrdə Anadolu xalqının böyük əksəriyyəti səfəvilərin tərəfində idi, çünki Şah İsmayılın onları osmanlı zülmündən xilas.
Zerife Memmedova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru