Özbəkistan prezidenti Şavkat Mirziyoyev böyük qızı Səidə Mirziyoyevanı özünə müavin təyin etdi

15-08-2026, 11:18           
Özbəkistan prezidenti Şavkat Mirziyoyev  böyük qızı Səidə Mirziyoyevanı özünə müavin təyin etdi
Özbəkistan prezidenti Şavkat Mirziyoyev avqustun 14-də "Prezident Administrasiyası haqqında" konstitusiya qanununu imzalayıb. Qanun sözügedən dövlət qurumunun statusunu, vəzifələrini və fəaliyyətinin əsaslarını müəyyən edir. Məlumatı AzadlıqRadiosunun Mərkəzi Asiya üzrə rusdilli "Azattyq Asia" xidməti yayıb.
Sənədə əsasən, Prezident Administrasiyasını (PA) dövlət başçısı formalaşdırır, birbaşa ona tabedir, ona hesabat verir. Qurumun rəhbəri prezident tərəfindən vəzifəyə təyin olunur və azad edilir.
Administrasiya rəhbəri eyni zamanda Prezident yanında Təhlükəsizlik Şurası sədrinin müavini olur, Şura üzvlərinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Təhlükəsizlik Şurasına prezident özü rəhbərlik edir.
Hazırda PA-nın rəhbəri Mirziyoyevin böyük qızı Səidə Mirziyoyevadır. Yəni, yeni qanunla 41 yaşlı Mirziyoyeva həm də Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru