İstanbulda MİT əməkdaşı olduqlarını deyib insanları aldadan üç nəfər həbs edildi

Dünən, 10:18           
İstanbulda MİT əməkdaşı olduqlarını deyib insanları aldadan üç nəfər həbs edildi
İstanbulda özlərini Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları kimi təqdim edərək məhkəmə işlərini həll edəcəklərini vəd edən və insanları aldadan 3 şübhəli saxlanılıb.

"Haber Global" xəbər verir ki, istintaq zamanı şübhəlilərin Süleyman Solgun, Göktan Hüseyn Sarıcı və Abdullah Doğan olduğu müəyyənləşib.

Bildirilib ki, şübhəlilər yüksəkvəzifəli dövlət rəsmiləri ilə əlaqələrinin olduğunu iddia edərək insanların etimadını qazanıblar.

Onların qətldə təqsirləndirilən şəxsin məhkəmə işini həll edəcəklərini vəd edərək zərərçəkmiş şəxsdən 100 min ABŞ dolları və 100 min Türkiyə lirəsi aldıqları müəyyənləşib.

Ankara və İstanbulda keçirilən əməliyyatlar nəticəsində saxlanılan 3 şübhəlinin hamısı məhkəmənin qərarı ilə həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru