“Kristallik Maye” – NanoMolekulyar Fizika və NanoKolloid Kimyasında Azərbaycan alimlərinin rəhbərliyilə ilk Elmi Kəşf Almaniyada qeydə alınıb
Bu gün, 11:28

TEREF xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki, Azərbaycan Benəlxalq Mühəndislik Akademiyasının Prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev və kimya elmləri doktoru, professor, Azərbaycanda “Kolloid kimyası” ixtisası üzrə yeganə k.e.d., Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rahim Abas oğlu Daşdiyevin rəhbərlikləri altında bir qrup Azərbaycan, Çin (dünya üzrə ən böyük neft-kimya komplekslərindən biri olan “Sinopek” şirkətinin əməkdaşları timsalında) və Qazaxstan alim və aparıcı mütəxəssislərinin həmmüəllifliyilə “Kristallik Maye” – NanoMolekulyar Fizika və NanoKolloid Kimyasında istiqamət üzrə ilk Elmi Kəşf olaraq, 05.05.2023-cü il tarixində Almaniyada qeydiyyatdan keçib.
Bu Elmi Kəşf 22-illik məqsədyönlü elmi axtarışların nəticəsidir. Nanoquruluşlu “Kristallik Mayelər” və “Maye Kristallar” Allahın təbiət və onun elementlərinə bir nemət olaraq vermiş olduğu “cütlülük prinsipi” ilə tam dialektik vəhdət təşkil edirlər. Müəlliflərin interpretasiyalarına görə “Kristallik Mayelər” NanoMolekulyar Fizika və NanoKolloid Kimyası bazalarında maddənin yeni hibrid aqreqat halı olmaqla yanaşı, temperaturun nisbətən artırılması şəraitində özünün cütü olan məlum “Maye Kristal” hibrid aqreqat halına müəyyən qədər keçə bilirlər. Qeyd edilən hibrid aqreqat halında qatılığı 50%-dən çox olan (dominant olan) maddənin adında 1-ci kristallik (və ya amorf) və ya maye ola bilir. “Maye kristallar” 1888-ci ildə kəşf edilməklə, müasir texnika, texologiyalarda geniş tətbiq edilir. Tamamilə mümkündür ki, “Kristallik Mayelər” də (və ya “Amorf Mayelər” də) gələcəkdə həm tədqiqat, həm də istifadə baxımından prioritet istiqamət olaraq inkişaf etdirilsin. Kainatın NanoMolekulyar Fizika və NanoKolloid Kimyası ilə bağlı bəzi sirlərinin açılmasında da “Kristallik Mayelər” və “Amorf Mayelər” perspektiv obyektlər ola bilərlər. Aşağıda müvafiq Elmi Kəşf Diplomu təqdim edilir.

