Müşavirədə xarici investorlara mesajlar səsləndirilib
Bu gün, 10:32

Prezident İlham Əliyev may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanın artıq dünyada orta güc kimi tanındığını bildirib və əlavə edib ki, bu məqam bir çox ölkələrin şirkətlərinin müxtəlif sahələrdə respublikamızla əməkdaşlığına stimul yaradır: “Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.
Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi ola¬raq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən iş¬ğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğal olunmuş ərazilərdə quruculuq işləri başladı və böyük uğurlarla davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasına və inkişafına aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirdi ki, tarixi Zə¬fər-dən sonra bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layi¬hələri icra edildi. Bu, Azərbaycanın Zəfərdən sonra da Zəfər qazanacağının zəmanətidir. Döv¬lət başçısı bildirdi ki, “Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutul¬muş infrastruktur layi¬hələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchi¬zatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, ta¬mamilə tükən¬mişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviy-yəsini yaxşılaş¬dırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə ge¬nişmiqyaslı infrastruktur layihələri icra edildi”.
“Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yol¬ları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göy¬təpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqa¬mətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirmə¬liyəm ki, bu il¬lər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrus¬çuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.
Prezident İlham Əliyev müşavirədə Azərbaycan gerçəkliklərinin bəşərilik amilinə də toxunaraq qeyd etdi ki, bizim fəaliyyətimizlə kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi baş-lasın: “…bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müza¬ki¬rələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərq¬lər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada ya¬şasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məş¬ğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə ol¬malıdır”.
Müşavirədə vurğulanıb ki, Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra edilib. Ölkənin bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət alıb. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bu gün Azərbaycanda 4 mindən çox məktəb var. Onların təqribən 80-85, bəlkə də 90 faizi təmir edilib, son illərdə yüzlərlə yeni məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verılməlidir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

