Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib

Bu gün, 15:21           
Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib
9 iyun 2026-cı il tarixində Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə “Türk dünyasına səyahət” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə təşkil olunub.
Türk xalqlarının zəngin tarixi-mədəni irsinin, ortaq mənəvi dəyərlərinin və qardaşlıq əlaqələrinin təbliği məqsədi daşıyan tədbirdə Türk dövlətlərinin milli-mədəni irsini, adət-ənənələrini və mətbəx nümunələrini əks etdirən tematik çadırlar nümayiş etdirilib. Məktəbin həyətində qurulan ekspozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən türk xalqlarına məxsus musiqi və rəqs nömrələri, milli oyunlar və müxtəlif bədii-kompozisiyalar təqdim olunub. Şagirdlərin çıxışları türk dünyasının ortaq mədəni dəyərlərini və qardaşlıq ruhunu əks etdirərək tamaşaçıların rəğbətini qazanıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Əfəndiyeva, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Türk dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, təhsil ictimaiyyəti və digər qonaqlar iştirak ediblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru