"Ermənistan KTMT üzrə müttəfiqləri tərəfindən əzildi və alçaldıldı"

4-04-2016, 13:59           
"Ermənistan KTMT üzrə müttəfiqləri tərəfindən əzildi və alçaldıldı"
Ağır vəziyyətə düşmüş Ermənistan müttəfiqləri tərəfindən əzildi və alçaldıldı.

teref.az Trend-ə istinadən bildirir ki, bu barədə "ArmenianReport" nəşri yazır.

Nəşr diqqətə çatdırır ki, Azərbaycanın dərhal iki müttəfiqi Türkiyə və Pakistan isə Bakıya öz köməyini təklif ediblər: "Pakistanın Müdafiə Nazirliyi Azərbaycan hökumətinə hərbi köməyini təklif etdi. Türkiyə Prezidenti və Baş naziri isə Azərbaycana açıq dəstəklərini rəsmən bildirdilər".

Qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstan tərəfindən isə Ermənistana analoji dəstəklə bağlı heç bir işarə də olmadı: "Bunun əksinə olaraq, Belarus prezidenti Aleksandr Lukaşenko isə dərhal İlham Əliyevə zəng edərək dərin narahatlığını bildirdi. Belarus XİN isə Azərbaycanı birmənalı dəstəkləyərək münaqişənin ərazi bütövlüyü, BMT TŞ-nin qərtnamələri və ATƏT-in qərarları çərçivəsində həll edilməli olduğunu bəyan etdi".

Nəşr yazır ki, Qazaxıstanda sosail şəbəkə istifadəçiləri isə qardaş türklərə-azərbaycanlılara dəstəklərini ifadə etdilər: "Digər Asiya ölkələrinin əhalisinin simpatiyasının Azərbaycan tərəfində olduğuna şübhə etməmək olar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru